Ekspertiza tədqiqatı aparmaq istəyənlərin NƏZƏRİNƏ!
E-huquq.az xəbər verir ki, "Müstəqil Ekspertiza Mərkəzi" MMC müxtəlif ekspertiza növləri (tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq, sənədlərin texniki, psixoloji, torpaqşünaslıq, trasoloji, ballistik, avtotexniki və mühasibatlıq ekspertizalar) üzrə meydana çıxan sualların araşdırılması istiqamətində məhkəmə eksperti ixtisası almış peşəkar ekspertlər tərəfindən elmi əsaslanmış tədqiqatlar aparılmaqla ekspert rəyləri tərtib edir.
Ekspertiza sahəsində məhkəmə və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edən, o cümlədən fiziki və hüquqi şəxslərə xidmət göstərən şirkət, ölkəmizin bütün ərazisini əhatə etməklə, Azərbaycanda ilk dəfə olaraq müstəqil ekspertiza sahəsində, müxtəlif metod və yanaşmaların tətbiqi, xüsusi analizlərin laboratoriya şəraitində tədqiqat aparılması, məkan məlumatlarının nəzərə alınması, rəqəmli xəritələrə əsaslanan məlumat bazasının yaradılması və istifadəsində Coğrafi İnformasiya Sistemlərini tətbiq edir.
Uğurla fəaliyyət göstərən şirkətdə yerli və xarici tədris mərkəzlərində təhsil almış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində iş təcrübəsi olan və müvafiq sertifikatlara malik peşəkar məhkəmə ekspertləri Sizin üçün zəruri olan məsələlər ətrafında elmi əsaslandırılmış ekspert rəyi tərtib edilməsində həmişə xidmətinizdədir.
Ekspertiza tədqiqatı aparmaq istəyən hər kəs müraciət edə bilər. İşinizi peşəkarlara etibar etməklə, Siz həm vaxtınıza qənaət etmiş olacaqsınız, həm də keyfiyyətli və dəqiq nəticə əldə edəcəksiniz.